
Elmar Baxşıyev «Araz-Naxçıvan»la yeni müqavilə bağlamağa tələsmir.
Bu barədə Sportinfo.az-a baş məşqçinin özü məlumat verib.
Ötən ilin martında Muxtar Respublika təmsilçisində fəaliyyətə başlayan mütəxəssis deyib:
«Muqavilə ilə bağlı işlər və görüşlər mövsüm başa çatdıqdan sonra olacaq. İndiki halda hər kəs qarşıdakı oyunları düşunur.
Hamımız ona köklənmişik. İnşallah, sonda məqsədimizə catariq».
Ölkə kubokunda mübarizəni yarımfinal mərhələsində dayandıran «Araz-Naxçıvan» avrokuboklara vəsiqə qazanmaq yolunda bütün ümidlərini Premyer Liqaya bağlayıb.
Region komandası 32 tura 54 xal toplayıb və turnir cədvəlinin üçüncü pilləsində məskunlaşıb.