“Mən olan yerdə elə şey ola bilməz, komanda nəzarətdədir”

12:40 Araz-Naxçıvan 197
“Mən olan yerdə elə şey ola bilməz, komanda nəzarətdədir”

“Mən olan yerdə bu cür şeylər qeyri-mümkündür”.

Sportinfo.az xəbər verir ki, bu sözlər Naxçıvan Futbol Federasiyasının və Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundova məxsusdur.

O, “AFFA-nın son Konfransında belə fikirlər səsləndi ki, Azərbaycan Premyer Liqasında da danışılmış oyunlarla bağlı şübhələr var. “Araz-Naxçıvan”ın futbolçularından şübhələnməmisiz” sualına belə cavab verib:

“Yox. O vaxt “İnter”in məsələsi yəqin yadınızdadır.

O məsələni mən açdım. Ukraynadan, Gürcüstandan pul vurulmuşdu.

Öz klubumun içində bu işi açdım. Halbuki şəxsi münasibətim olan futbolçular idi.

Mən olan yerdə elə şey ola bilməz. Üstəlik, komanda nəzarətdədir, bunun üçün öz metodlarım var.

Bunu nə məşqçilər bilir, nə administrativ heyət. 10 faiz şübhəm olsa belə, həmin o futbolçu meydana çıxa bilməz.

Bu mövsüm “Şamaxı”nın adı hallandı. Adil Nağıyevə simpatiyam olub, kim aldadıb onu yoldan çıxardı...

İstənilən halda belə şeylər bağışlanmazdır”.

Digər Xəbərlər
Xəbər Lenti