“10 nömrə” “Qarabağ”ın adını eşidən kimi: “Zəif deyilik, həvəsli və iddialıyıq”

21 Aprel 16:40 Araz-Naxçıvan 331
“10 nömrə” “Qarabağ”ın adını eşidən kimi: “Zəif deyilik, həvəsli və iddialıyıq”

“Araz-Naxçıvan” klub tarixində ilk dəfə titula bu qədər yaxınlaşıb.

Azərbaycan kubokunun finalına yüksəlmək üçün yarımfinalda “Qarabağ”ı mübarizədən kənarlaşdırmaq lazımdır.

İlk oyunda əldə olunan 1:0 hesablı qalibiyyət müəyyən mənada naxçıvanlıların xeyrinə işləyə bilər. Lakin “Qarabağ” da Azərbaycan derbisində “Neftçi”yə qarşı sərgilədiyi oyun, vurduğu qollar və yaratdığı qol imkanları ilə təhlükə saçdığını göstərdi.

“Araz”ın “10 nömrə”si Benni Sportinfo.az-a açıqlamasında final iddiasını açıq şəkildə etiraf edib:

“Oyunumuz alınanda, yəni birlik nümayiş etdirəndə istədiyimiz nəticəni qazana bilirik. Təəssüf ki, bəzən düşündüklərimizi tam həyata keçirə bilmirik.

“Qarabağ”la kubok matçı həqiqətən çox çətin olacaq. Mümkün qədər ilk oyunda qazandığımız hesab üstünlüyündən istifadə etməliyik. Rəqib güclüdür, lakin biz də özümüzü zəif hesab etmirik.

Həyatda mümkünsüz heç nə yoxdur. Mərhələni adlayıb finala yüksəlmək üçün əlimizdən gələni etməyə çalışacağıq. Karyeramda bu günə qədər kubok, titul, medal qazanmamışam. Bu, ilk böyük uğurum ola bilər. Həvəsli və iddialıyıq”.

Aprelin 23-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək duel saat 17:00-da start götürəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!