“Biz “Qarabağ”ı udub, finala çıxmaq istəyiriksə…”

21 Aprel 13:40 Araz-Naxçıvan 638
“Biz “Qarabağ”ı udub, finala çıxmaq istəyiriksə…”

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Karlos Jatoba Premyer Liqanın 31-ci turunun “Turan-Tovuz”la oyunu (1:1) haqda açıqlama verib.

Sportinfo.az xəbər verir ki, braziliyalı legioner Tovuz təmsilçisi ilə görüşdəki heç-heçəni bu cür şərh edib:

"Turan Tovuz"a qarşı yaxşı oynadıq və qalib gəlməliydik. Doğma meydanda maksimum nəticə əldə etmək istəyirdik.

İki xal itirdiyimizi düşünürəm. Rəqibin heyətində güclü futbolçular oynayır.

Döyüşkən komandadır. Amma hər halda, daha çoxunu etməliydik. Lakin bu görüşü unudub, kubokun cavab görüşündəki "Qarabağ”la oyuna hazırlaşmalıyıq.

İlk oyunda qalib gəlmişik. Amma biz finala çıxmaq istəyiriksə, ilk oyunun heç-heçə bitdiyini düşünməliyik. Sona qədər mübarizə aparacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM