Bu adama rəqibin adı vacib deyil – “Qarabağ”, “Zirə”, “Neftçi”...

14 Aprel 20:40 Araz-Naxçıvan 616
Bu adama rəqibin adı vacib deyil – “Qarabağ”, “Zirə”, “Neftçi”...

Elmar Baxşıyev tək məşqçi deyil. O, həm də güclü psixoloqdur.

Motivasiya verməyi, futbolçuların gözündə alov yandırmağı yaxşı bacarır.

2022/23 mövsümündə “Qarabağ” olan yerdə “Qəbələ”nin ölkə kubokunu qazanacağı kimin ağlına gələrdi ki?

1/4-də püşk komandaları bir-birinə rəqib edəndə təsəvvür etməzdik ki, bölgə təmsilçisi Azərbaycanda rəqib tanımayan, Avropa təmsilçilərinə meydan oxuyan “köhlən atlar”ı mübarizədən kənarlaşdıracaq.

“Qarabağ” səddi keçildi, “Səbail” yarımfinaldan kənarlaşdırıldı, qəbələlilər finalda əlavə vaxtda vurulan qol hesabına “Neftçi”ni də üstələyib kuboku başı üzərinə qaldırdı. O vaxt komandanın baş məşqçisi Elmar Baxşıyev idi.

Baxşıyev indi “Araz-Naxçıvan”dadır və yenə eyni ssenari yaşanır. “Qəbələ” 1/4-də cari mövsüm çempionatda ən baxımlı futbol sərgiləyən “Zirə”yə aman vermədi. Hər iki qarşılaşmada qalib gələn Naxçıvan təmsilçisi yarımfinalda “Qarabağ”a rəqib oldu.

Bəlkə də əksəriyyət ağdamlıların rahat qələbə qazanacağını düşünürdü. Axı çempionatda baş tutan 3 oyunun hamısını Qurban Qurbanovun kollektivi qazanmışdı. Ancaq bu dəfə fərqli oldu. “Araz” Mərdəkanda qonaq etdiyi “Qarabağ”ı 1:0 hesabı ilə udub, cavab matçı öncəsi ciddi üstünlük qazandı.

Aprelin 23-dəki dueldə Ağdam təmsilçisi inamlı qələbə qazana, yaxud uduza bilər. Hər halda şanslar aşağı-yuxarı bərabərdir.

Ancaq yekun nəticənin necəliyindən asılı olmayaraq, fakt faktlığında qalır – Baxşıyev və onun komandaları kubok mübarizəsində arzuolunmaz rəqibdir.

“Zirə” və “Qarabağ”la 3 oyunun hamısından qalib ayrılmaq nə zarafatdır, nə də yuxu.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti