İki braziliyalı ilə "Neftçi" üzərində qələbə - VİDEO

26 Yanvar 19:25 Araz-Naxçıvan 751
İki braziliyalı ilə "Neftçi" üzərində qələbə - VİDEO

"Neftçi" Premyer Liqanın XX turunda məğlub olub.

Sportinfo.az xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu komanda "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.

29-cu dəqiqədə meydan sahiblərinin heyətində Vanderson Melo fərqlənib. 64-cü dəqiqədə Roman Maçado fərqi artırıb.

Qonaqların heyətində 67-ci dəqiqədə Filip Ozobiç adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 42-yə çatdıran "Araz-Naxçıvan" ikinci pillədə qərarlaşıb. "Ağ-qaralar" 18 xalla yeddinci sıradadır.

“Araz-Naxçıvan” – “Neftçi” 2:1
Qollar:
Vanderson Melo, 29; Ramon Maçado, 64 // Filip Ozobiç, 68
Mərdəkan. “Liv Bona Dea Arena”, 400 tamaşaçı
Baş hakim: Rauf Cabarov
Baş hakimin köməkçiləri: Zöhrab Abbasov, Teymur Teymurov
Dördüncü hakim: Elvin Bayramov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sarı vərəqələr: Qara Qarayev, 44 (qeyri-idman hərəkəti); Felipe Santos, 73 (qeyri-idman hərəkəti); İssuf Paro, 90+4 (qeyri-idman hərəkəti) // Yeqor Boqomolski, 20 (qeyri-idman hərəkəti); Ramil Şeydayev, 73 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.

“Araz-Naxçıvan”: 12. Kristian Avram 5. Qara Qarayev 34. Urfan Abbasov (k) 2. Slavik Alxasov 24. Mustafa Əhmədzadə (6. Vadim Abdullayev, 74) 16. Ramon Maçado (7. Ülvi İsgəndərov, 90+1) 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes (14. Miço Kuzmanoviç, 68) 4. İqor Ribeyro 97. Felipe Santos (10. Bernardo Dias, 74)
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 99. Raul Əhmədzadə 22. Elçin Mustafayev 20. Turan Vəlizadə 71. Sənan Ağalarov 57. Elcan Məmmədov 21. Sezar Meza Kolli 8. Karlos Jatoba
Baş məşqçi: Elmar Baxşıyev

“Neftçi”: 1. Emil Balayev (k) 8. Emin Mahmudov 3. Höccət Haqverdi 4. Elvin Camalov 90. Ramil Şeydayev 13. Emil Səfərov (10. Filip Ozobiç, 46) 47. Murad Məmmədov (20. Alfa Konte, 46) 44. Yuri Matias 23. Robert Bauer (88. Andrey Ştoqrin, 86) 24. Mustafa Sek (19. Azər Salahlı, 46) 77. Yeqor Boqomolski (91. Ağadadaş Salyanski, 46)
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 30. Rustam Samigullin 7. Azər Əliyev 78. Elcan Əbilov 14. Edvin Kuç 99. Ervin Koffi 18. Ryonosuke Ohori
Baş məşqçi: Samir Abasov

Digər Xəbərlər
Xəbər Lenti
19 Mart 11:20 Kənarda qalma, dostum!