“Biz “Barselona” və “Mançester Siti” deyilik” – Bu komandaya nə olub?

21 Yanvar 16:40 Araz-Naxçıvan 1 839
“Biz “Barselona” və “Mançester Siti” deyilik” – Bu komandaya nə olub?

Çempionatda rəqib tanımayan, ardıcıl 15 oyunda məğlub olmayan “Araz-Naxçıvan” yenilgiləri sıralayır.

Qış fasiləsindən öncə “Sabah”la “Qarabağ”a uduzan “ağ-qırmızılar” yeni ilin ilk qarşılaşmasında “Zirə”yə boyun əydi – 0:1.

Uğurlu seriya yaxalayan, 4 ay uduzmayan komandaya nə olub? Əsas rəqiblərə məğlubiyyətlərin səbəbi nədir?

Komandanın əsas fiqurlarından sayılan braziliyalı hücumçu Ramon Maçado Sportinfo.az-a açıqlamasında bu mövzu ilə bağlı danışıb:

“Uğurlu seriya ilə davam edəndə bilirdik ki, nə vaxtda məğlub olacağıq. Çünki bu cür rəqabətli çempionatda sona qədər məğlubiyyətsiz getmək mümkün deyil.

“Barselona”, yaxud “Mançester Siti” deyilik ki, çempionatı uduzmadan başa vuraq.

Mübarizlik və əzmkarlıq sayəsində nələrsə etməyə çalışırıq və bu cür də davam edəcəyik. Bu yenilgilər bizə hansı cəhətlərdə axsadığımızı göstərdi.

Mübarizə davam edir və hələ də ikinci pillədəyik. Önəmli olan konsentrasiyanı itirməmək və ruhdan düşməməkdir”.

“Araz-Naxçıvan” ardıcıl 3 matçda məğlub olsa da, üçüncü pillədəki “Zirə”ni 6 xal qabaqlayır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”