“Araz Naxçıvan” çempionatda növbəti qələbəsini qazanmaqla məğlubiyyətsiz oyunlar seriyasını 15-ə çatdırdı.
“Səbail” üzərində 2:0 əldə olunan 2:0 qələbədə bu dəfə də legionerlər səhnəyə çıxdı.
İlk hissənin son saniyələrində Ramon Maçado penaltidən fərqləndi, ikinci yarının əvvəlində Bernardo Dias son nöqtəni qoydu.
11 metrlik cərimə zərbəsi zamanı topu əlinə götürən Felipe Santos həmyerlisi Ramon Maçado ilə qısa dialodan sonra topu komanda yoldaşına verdi.
Halbuki Felipenin topa yaxınlaşacağı gözlənilirdi ki, bombardirlər siyahısında lider mövqeyini bərkitsin.
Sportinfo.az-a açıqlama verən Maçado penaltini bombardirin yox, özünün yerinə yetirməsinə aydınlıq gətirib:
“Bu, Felipe ilə aramızda olan razılaşmadır. Çempionatın əvvəlində danışmışdıq ki, xeyrimizə penalti veriləndə, bir dəfə o vuracaq, bir dəfə mən.
Ötən turların birində mən əvəzlənmişdim deyə, topa ardıcıl ikinci dəfə Felipe yaxınlaşmışdı. Bu dəfə növbə mənim idi.
Yaxınlaşıb zərbə vurub-vurmaq istəmədiyimi soruşdu. Mən də hazır olduğumu dedim”.
Cari mövsümdə Felipe Santos 8, Ramon Maçado 3 qolla yadda qalıb.
HƏBİB