Paltardəyişmə otağında hay-küy saldı, komandadan uzaqlaşdırıldı

6 Dekabr 2024 19:40 Araz-Naxçıvan 4 420
Paltardəyişmə otağında hay-küy saldı, komandadan uzaqlaşdırıldı

«Araz-Naxçıvan»ın baş məşqçisi Elmar Baxşıyev cəza tədbirinə əl atıb.

O, Vüsal Şabanovu qeyri-müəyyən müddətə əsas komandadan kənarlaşdırıb.

Bəli, bu, səbəbsiz yerə deyil, səbəbi var. Belə ki, adını çəkdiyimiz qapıçı ölkə kubokunun ¼ final mərhələsinin «Mingəçevir»lə matçından (3:1) sonra paltardəyişmə otağında hay-küy qaldırıb.

Zaqataladan olan kiper «mən belə oyunlarda da ehtiyatda qalacamsa, bəs nə vaxt oynayacam» deyə, narazılıq bildirib.

Çalışdırıcı qeyri-peşəkar davranan «əlcək sahibi»ni əvəzedici heyətə göndərib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da