COP29

Premyer Liqanın bombardiri Juninyo ilə bağlı suala necə reaksiya verdi?

5 Dekabr 2024 21:20 Araz-Naxçıvan 1 454
Premyer Liqanın bombardiri Juninyo ilə bağlı suala necə reaksiya verdi?

“Araz-Naxçıvan”ın braziliyalısı Felipe Santos bombardirlər siyahısında əlçatmazdır.

“97 nömrə” indiyə qədər meydana çıxdığı oyunlarda 8 qol vurmağı bacarıb ki, bu göstəricidə ən yaxın izləyiciləri Davit Volkovla Cesse Sekidikanı 1 top qabaqlayır.

Ötən mövsüm Premyer Liqada ən çox qol vurmuş Juninyo Olavionun başının “Qarabağ”ın avrokubok görüşlərinə qarışdığını nəzərə alsaq, sözügedən legionerlərin əlinə əla imkan düşüb.

Lakin qış fasiləsindən sonra Juninyo çempionatda daha çox şans qazanacağı halda, rəqiblərini qabaqlamaq şansı çoxalacaq.

Felipe Sportinfo.az-a açıqlamasında bombardirlik yarışı və Juninyo ilə mümkün rəqabət barədə danışıb:

“Siyahıya baxanda keyfiyyətli futbolçuları görmək mümkündür. Məqsədim komandama xeyir verməklə qolların sayını çoxaltmaq və zirvədəki yerimi qorumaqdır.

Bilirəm ki, sona qədər ciddi rəqabət olacaq. Juninyo yaxın dostlarımdandır, çox yaxşı münasibətimiz var.

İnsani və futbolçu keyfiyyətlərinə söz ola bilməz. Ötən mövsümün bombardiri olduğunu bilirəm. Ona qarşıdakı matçlarda uğurlar arzulayıram.

Lakin mən rəqiblərimi yox, daha çox özümü və komandamı düşünürəm. Cədvəldəki yerimi qorumaq üçün qolların davamını gətirməliyəm”.

“Qarabağ”ın hücumçusu cari mövsüm Premyer Liqada şans qazamdığı 11 görüşdə 3 qol vurub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti