Premyer Liqada fırtına kimi əsən “sambaçı”: “Məni hamı tanıyır, çılğınlıq edirəm”

5 Dekabr 2024 16:40 Araz-Naxçıvan 1 411
Premyer Liqada fırtına kimi əsən “sambaçı”: “Məni hamı tanıyır, çılğınlıq edirəm”

Felipe Santos təkcə Premyer Liqada göstərdiyi məhsuldarlıqla diqqət çəkmir.

“Araz-Naxçıvan”ın braziliyalısı həm də təxribatçı futbolçu kimi ad çıxarıb.

Daha öncə “Keşlə” ilə “Qəbələ”nin formasını geyinmiş 27 yaşlı "sambaçı" qol sevincini çılğınlıqla qeyd edir, bəzən rəqib komandanın futbolçuları və azarkeşləri ilə münaqişə yaşayır. Bu azmış kimi, hakimlərlə dialoqlardan da çəkinmir.

Əvvəlki illərdə sakit təbiəti ilə seçilən Felipeyə nə olub? Olmaya “Araz-Naxçıvan”ın xilaskarına çevrilməsi ona əlavə motivasiya verib?

Bu cür davranışlarının sonda xoşagəlməz hadisə ilə başa çatacağından ehtiyatlanmır?

Səbəbkar Sportinfo.az-a bu barədə danışıb:

“Bu, Azərbaycanda ilk ilim deyil. Daha öncə də burada oynamışam.

Fikrimcə, məni hamı tanıyır. Bilirlər ki, qol vuranda çılğınlıq edirəm, sevincimi partlayışla göstərirəm.

Qətiyyən təxribatçı deyiləm və haqqımda bu cür düşünülməsini istəmirəm. Əksinə, münaqişələrdən uzaq olmağa çalışıram.

Ola bilsin, bəzən hansısa epizodlar insanların diqqətini çəkir. Lakin bu, tək mənimlə bağlı olan şey deyil.

Bəzən rəqib futbolçulardan da qaynaqlanır və yaşananlar meydanda qalır”.

Felipe Santos cari mövsümdə meydana çıxdığı 14 oyunda 8 qol və 1 assistlə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR