"Araz-Naxçıvan" 3 qolla 1/4 finala yüksəldi - VİDEO

4 Dekabr 2024 00:40 Araz-Naxçıvan 701
"Araz-Naxçıvan" 3 qolla 1/4 finala yüksəldi - VİDEO

"Araz-Naxçıvan" Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda "Mingəçevir"lə üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Premyer Liqa klubunda qolları 5-ci dəqiqədə Ülvi İsgəndərov, 21-ci dəqiqədə Bernardo Dias, 66-cı dəqiqədə Sezar Meza Kolli vurublar.

"Mingəçevir"in heyətində 80-ci dəqiqədə Elmin Bayramov fərqlənib.

"Araz-Naxçıvan" növbəti raundda "Zirə" - "Şamaxı" matçının qalibi ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada
18 Oktyabr 01:00 “Qarabağ”a qayıtdı!