COP29

"Ehtiyat oyunçu statusu ilə barışmamışam, mübarizə davam edir"

29 Noyabr 23:00 Araz-Naxçıvan 663
"Ehtiyat oyunçu statusu ilə barışmamışam, mübarizə davam edir"

Elmar Baxşıyev ötən yay "Araz-Naxçıvan"ın heyətini formalaşdırarkən sabiq yetirmələrinə xüsusi yer ayırdı.

Belə ki, təcrübəli mütəxəssis "Qəbələ"dən tanıdığı bir çox futbolçunu yeni iş yerində də ətrafına cəm etdi.

Onların arasında yer alanlardan biri də Ülvi İsgəndərov oldu.

Amma təcrübəli forvard yoldaşlarından fərqli olaraq hələ də özünə əsas heyətdə yer edə bilməyib.

O, arxada qalan 14 turda üst-üst 129 dəqiqə meydanda olmaq şansı qazanıb.

Bu müddətdə 1 qol, 1 asistlə yadda qalan hücumçu düşdüyü durumu Sportinfo.az-a şərh edib:

"Ehtiyat oyunçu statusu ilə barışmamışam. Mübarizə davam edir. Heç vaxt sonradan oyuna daxil olmaqla razılaşmamışam. Hər bir futbolçu 90 dəqiqə oynamaq istəyər. Tonusda qalmaq üçün.

Amma hər məşqçinin öz fikri var. Mən də buna hörmətlə yanaşıram. Məndə belə daha yaxşı alınır. Sonradan daxil olanda qol vuraraq fayda verirəm (gülür).

13-cü turda ilk qolumu vurdum və qələbə qazandıq.

İnşallah, bunun davamı gələcək. Sadəcə istədiyim vaxtı ala bilmirəm. Ümid edirəm ki, buna rəğmən davamı olacaq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti