Fasilə onlar üçün əla imkan oldu: “Yorğunluq var”

13 Noyabr 2024 21:20 Araz-Naxçıvan 1 046
Fasilə onlar üçün əla imkan oldu: “Yorğunluq var”

“Araz-Naxçıvan” Premyer Liqada rəqib tanımır.

Mövsümün startından bu yana çempionatda 13 oyun keçirən Muxtar Respublika təmsilçisi bu müddətdə yalnız “Qarabağ”a məğlub olub.

İlk turda çempiona uduzan Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv 12 matçdır yenilginin nə olduğunu bilmir. Hesabat turundakı qurban son dəqiqələrdə qapısından top buraxan “Sumqayıt” oldu.

Sportinfo.az-a danışan Mustafa Əhmədzadə “Sumqayıt”la görüşdə üzləşdikləri çətinlik barədə danışıb:

“Sumqayıt” həqiqətən çətin rəqibdir. Əvvəlki iki oyunda qələbə qazanmaqla nəyə qadir olduğunu göstərmişdi. Bu dəfə də gərgin oyun oldu. Qələbə topunu son dəqiqələrdə vurmağımız bunun sübutudur.

Sıx qrafikdə meydana çıxırıq. Son bir həftədə üçüncü oyunumuzu keçirdik. İstər-istəməz yorğunluq var.

Ancaq hər şeyi kənara qoyub, sona qədər mübarizə apardıq və lazım olan 3 xalı qazandıq. Fikrimcə, qələbədə əsas rolu mübarizlik oynadı”.

“Araz-Naxçıvan” 13 oyundan sonra topladığı 30 xalla lider “Qarabağ”dan 1 xal geri qalır.

Naxçıvanlılar növbəti görüşünü noyabrın 22-də Tovuzda “Kəpəz”ə qarşı keçirəcək.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 17:30 Çək və bizə göndər!
15 İyun 07:50 Pensiyanız ARTA BİLƏR
15 İyun 02:50 Özbəkistanda 1-ci oldu