“Mən bu məsələ ilə razılaşmıram, burada 1-2 nəfər heç nə edə bilməz”

3 Noyabr 2024 12:20 Araz-Naxçıvan 994
“Mən bu məsələ ilə razılaşmıram, burada 1-2 nəfər heç nə edə bilməz”

Hazırda “Araz-Naxçıvan”ın ən məhsuldar futbolçusu aktivinə 6 qol yazdıran Felipe Santosdur.

Vaxtilə “Keşlə”ylə “Qəbələ”nin formasını geyinmiş braziliyalı yarımmüdafiəçi topla daha çox təmin olunur, penaltilər zamanı “nöqtə”yə özü yaxınlaşır.

Olmaya, Miço Kuzmanoviçin kölgədə qalmasının səbəbi Santosun daha çox diqqət mərkəzində olması, ötürmələrin ona verilməsidir?

Bosniya və herseqovinalı bu barədə Sportinfo.az-a aşağıdakıları söyləyib:

“Felipe bacarıqlı futbolçudur, bunu danmaq olmaz. Ancaq bu məsələ ilə razılaşmıram.

Biz komanda şəklində güclüyük. Burada 1-2 nəfər heç nə edə bilməz.

Qapıçıdan tutmuş hücumçuya kimi hamı əziyyət çəkir, hamı meydanda can qoyur. Sadəcə, Santosda qol vurmaq daha yaxşı alınır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Mart 03:30 1000 manatlıq TƏHQİR