COP29

Qara Qarayev bu gün "Neftçi"nin önünə çıxacaq?

1 Noyabr 14:00 Araz-Naxçıvan 956
Qara Qarayev bu gün "Neftçi"nin önünə çıxacaq?

"Qara Qarayev ilə təxminən 1 ay əvvəldən maraqlanırdıq. Sadəcə müəyyən səbəblərdən keçid uzandı. İki gün əvvəl məsələ öz həllini tapdı".

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Sportinfo.az-a açıqlamasında Qara Qarayevin transferini şərh edərkən bu fikirləri dilə gətirib.

O, Qarayevin komandasına qata biləcəyi qatqıdan da söz açıb:

"Karyerasına, təcrübəsinə nəzər salsaq, Qara Qarayev kimi futbolçulara hər zaman ehtiyac var. Limiti də nəzərə alsaq, yerli futbolçu olmağı bu tələbatı bir qədər də artırır.

Ona inanırıq, bilirik ki, komandamıza kömək edəcək futbolçudur.

Onun keçidinin Vadim Abdullayevin əməliyyatı ilə heç bir əlaqəsi yoxdur. Vadim də bizim üçün vacib futbolçudur, komandanın kapitanıdır.

Ona də şəfa diləyirik. Sadəcə belə məqamda bu keçid yerinə düşdü. Qaranın gəlişi, Vadimlə Jatobanin dönüşündən sonra həmin mövqedə rəqabət yaranacaq.

Bundan da komandamız udacaq. Kim hazır olacaq, o da meydana cixacaq".

Muxtar respublika təmsilçisi bu gün Premyer Liqanın 12-ci turunda "Neftçi"nin qonağı olacaq. Yeni transferləri sabiq komandasına qarşı oyunda meydanda görə bilərik?

Təcrübəli mütəxəssisi dinləyək:

"Bir müddətdir komanda ilə məşq etmir. Təbii ki, idmançı üçün bu təsirsiz ötüşmür.

Onun üçün müəyyən proqram hazırlanıb, fiziki hazırlıq məşqçimiz əlavə tapşırıqlar verib.

"Neftçi" ilə oyunda meydana çıxıb-çıxmayacağını deyə bilmərəm. Hər şey oyunun gedişindən asılıdır".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti