"Araz-Naxçıvan"lı milliyə gedəcək - Andorra və Cəbəllütariq üçün

1 Noyabr 2024 03:10 Araz-Naxçıvan 608
"Araz-Naxçıvan"lı milliyə gedəcək - Andorra və Cəbəllütariq üçün

"Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram növbəti dəfə Moldova milli komandasına dəvət alıb.

Sportinfo.az xəbər verir ki, Sergey Kleşşenkonun rəhbərlik etdiyi yığma UEFA Millətlər Liqası çərçivəsində 2 matç keçirəcək.

Moldovalılar noyabrın 16-da Andorra, 3 gün sonra Cəbəllütariqlə üz-üzə gələcəklər.

Azərbaycan klubunun qolkiperi noyabrın 11-dən 20-dək millinin düşərgəsində olacaq. Xatırladaq ki, Avram 2021-ci ildən çağırıldığı yığmada indiyədək 10 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 03:00 Gürcüstana məğlub olduq