Qara Qarayev “Neftçi”dən ayrılandan sonra... RƏSMİ

30 Oktyabr 2024 16:00 Araz-Naxçıvan 873
Qara Qarayev “Neftçi”dən ayrılandan sonra... RƏSMİ

"Araz-Naxçıvan" heyətini daha bir futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, müxtəlif illərdə 17, 19, 21 yaşadək, eləcə də əsas millidə çıxış edən Qara Qarayev mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu ilə bu gün rəsmi müqavilə imzalanıb və o, heyət üzvlərinə təqdim olunub.

32 yaşlı yarımmüdafiəçi 2009-2023-cü illərdə “Qarabağ”ın, 2023-2024-cü illər mövsümündə isə “Neftçi”nin heyətində yer alıb.

Futbolçu 9 dəfə Azərbaycan çempionu, 5 dəfə isə ölkə kubokunun qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM