Qara Qarayevin yeni klubu ilə anlaşma şərtləri və bəzi gizli məqamlar “suyun üzünə çıxdı”!

30 Oktyabr 2024 14:40 Araz-Naxçıvan 2 956
Qara Qarayevin yeni klubu ilə anlaşma şərtləri və bəzi gizli məqamlar “suyun üzünə çıxdı”!

Sentyabrda “Neftçi”dən ayrılan Qara Qarayevin “Araz-Naxçıvan”a keçməsini dünən xəbər vermişdik.

Yarımmüdafiəçi artıq komandanın düşərgəsindədir.

Bu anlaşmayla bağlı bəzi təfərrüatlar üzə çıxıb. Klubdan redaksiyamıza daxil olan informasiyaya görə, millinin sabiq üzvünün gəlişi Zaur Axundovla bağlıdır.

Belə ki, Naxçıvan Futbol Federasiyasının prezidenti onunla şəxsən görüşüb və təklifə razı salıb. Qarayev hörmətli şəxsin dəvətini geri çevirməyib və əvvəlki klubunda qazandığı puldan xeyli aşağı məbləğə «okey» verib.

O, 2008-2023-cü illərdə “Qarabağ”da çıxış edib. 2023-cü ildə “Neftçi” ilə müqavilə imzalasa da, cəmi 1 il sonra paytaxt klubundan ayrılıb.

Baş məşqçi Roman Qriqorçukla yaşadığı problemlərdən sonra düşərgəni tərk etmək qərarına gəlmişdi. Halbuki kontraktı gələn ilin yayında bitəcəkdi.

Qarayev bir neçə aylıq maaş mislində təzminat almaq şərtiylə sözləşməsinə qarşılıqlı razılaşma əsasında xitam verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”