Qara Qarayevin klubsuz günləri başa çatdı - SON DƏQİQƏ

29 Oktyabr 2024 22:20 Araz-Naxçıvan 10 305
Qara Qarayevin klubsuz günləri başa çatdı - SON DƏQİQƏ

Qara Qarayevin yeni klubu məlum olub.

Yarımmüdafiəçi "Araz Naxçıvan"la anlaşıb.

O, artıq yeni komandasının düşərgəsinə qoşulub. Tərəflər arasında bağlanan müqavilə şərtləri də bizə məlumdur.

Milli komandamızın sabiq üzvü yaya kimi Muxtar respublika klubunun şərəfini qoruyacaq.

32 yaşlı futbolçu karyerası ərzində formasını geyindiyi "Qarabağ"da 445 oyunda 5 qol, 15 asisistlə, "Neftçi"də isə 28 görüşdə 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

O, Azərbaycan millisində 76 rəsmi görüşə çıxıb.

Azad agent olan orta sahə oyunçusu ötən ay "ağ qaralar"la qarşılıqlı razılıq əsasında yolları ayırmışdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 03:00 Gürcüstana məğlub olduq