“Bu dəfə Premyer Liqada heç şans vermədiyimiz futbolçularla meydana çıxdıq, çünki...”

30 Oktyabr 2024 02:30 Araz-Naxçıvan 989
“Bu dəfə Premyer Liqada heç şans vermədiyimiz futbolçularla meydana çıxdıq, çünki...”

"Araz-Naxçıvan" Azərbaycan kubokunun II təsnifat mərhələsi çərçivəsində “Şahdağ Qusar"ı 4:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra açıqlama verib:

“Bu dəfə Premyer Liqa oyunlarında az və ya heç şans vermədiyimiz futbolçularla meydana çıxdıq. Çünki qarşıda sıx oyun qrafikimiz var.

10 gün ərzində 3 çempionat matçı keçirməliyik. Buna görə də ehtiyat qüvvədən maksimum istifadə etməyə çalışdıq.

Onlar da ümidləri doğrultdular. Həm oyun planında verdiyimiz tapşırıqları yerinə yetirməyə çalışdılar, həm də komandanı qarşıya qoyulan məqsədə doğru apardılar.

Buna görə futbolçuları təbrik edirəm. Rəqibimiz də hesaba baxmayaraq, sona qədər mübarizə apardı.

Elnur Abdullayevi də yaxşı komanda formalaşdırdığına görə təbrik edirik. Onlara da qarşıdakı oyunlara uğurlar arzulayırıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!