Premyer Liqada gözəl qol vurdu, 1000 manat aldı - VİDEO

27 Oktyabr 2024 02:10 Araz-Naxçıvan 731
Premyer Liqada gözəl qol vurdu, 1000 manat aldı - VİDEO

2023/24 mövsümündən etibarən Peşəkar Futbol Liqası “Ayın qolu” layihəsinə start verib.

Sportinfo.az xəbər verir ki, layihə çərçivəsində ayın ən gözəl qolunu vurmuş futbolçu PFL tərəfindən mükafatlara (1000 manat) layiq görülür.

PFL-in “feysbuk” sosial şəbəkəsində keçirilən müsabiqədə azarkeşlər tərəfindən cari mövsümün sentyabr ayının ən gözəl qolu “Araz-Naxçıvan”ın braziliyalı legioneri Bernardo Diasın "Kəpəz"ə vurdugu qol seçilib.

Yarımmüdafiəçi "Araz-Naxçıvan" - "Zirə" oyunundan (1:1) əvvəl mükafatlandırılıb.

“Berni” ləqəbli orta sahə oyunçusu sentyabrın 13-də 6-cı tur çərçivəsində “Kəpəz”lə matçın 62-ci dəqiqəsində meydana daxil olub, 76-cı dəqiqədə matçın taleyini həll edən qola imza atıb.

Mükafat Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov tərəfindən təqdim olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!