"Bəli, bizə xeyri dəyəcək"

19 Oktyabr 2024 17:50 Araz-Naxçıvan 1 095
"Bəli, bizə xeyri dəyəcək"

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Billirdik ki, ağır oyun olacaq. "Şamaxı" Premyer Liqada yeni olsa da, Ayxan Abbasov yaxşı, əzmkar komanda yaradıb. Komadam meydanda istədiyimi verməyə çalışırdı. Düşünürəm ki, layiqli qələbə qazandıq.

- Oyun tez-tez dayanırdı. Temp sizi qane etdi?

- Dinamika yaxşı idi. Hər iki komanda əzmkarlıq göstərirdi, həm də bir-birinə hörmət edirdi. Ümumi hakimlik normal idi.

- Komandanızın müdafiədəki oyunundan razısız?

- Müdafiə sırf müdafiəçilərdən ibarət deyil. Ümumi müdafiə planında bəzi epizodlarda boşluqlar veririk. Bu da normaldır

- Sezar Meza Koli komandaya xeyir verəcək?

- Bəli, bizə xeyri dəyəcək. Meza Kolli yaxşı keyfiyyətlərə malik futbolçudur. Onu iyun ayında gətirmək istəyirdik. Sadəcə, belə alındı.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 03:00 Gürcüstana məğlub olduq