Qara Qarayev bu klubun transfer siyahısında yer alırmı?

20 Oktyabr 2024 14:25 Araz-Naxçıvan 3 692
Qara Qarayev bu klubun transfer siyahısında yer alırmı?

Sentyabrda «Neftçi» ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verən Qara Qarayev «Araz-Naxçıvan»ın transfer planlarına daxil deyil.

Bu barədə Sportinfo.az-a klubun icraçı direktoru Eldəniz Yusifov məlumat verib.

Muxtar Respublika təmsilçisinin təcrübəli funksioneri hazırda azad agent statusu daşıyan 32 yaşlı yarımmüdafiəçi ilə danışıqlar aparmaqları barədə yayılan xəbərləri doğrulmayıb.

Müsahib deyib ki, Sezar Meza Kollinin gəlişiylə transfer məsələsi qışadək bağlanıb və hazırda hansısa yerli futbolçunun düşərgəyə qatılması gözlənilmir.

Qarayev 2023-cü ilin yayında «Qarabağ»ı «Neftçi»yə dəyişib. Həmin vaxt 2 illik müqaviləyə qol çəkmiş orta sahə oyunçusu cari sezonun əvvəlində Roman Qriqorçukun istəyi ilə əsas komandadan uzaqlaşdırılıb.

Bir aydan artıq müddətdə əvəzedici heyətdə çıxış etmiş millinin sabiq üzvü 6 aylıq təzminat qarşılığında «ağ-qaralar»la sözləşməsini fəsh edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!