"Neftçi"dən sonra ərəblərlə müqavilə bağlamadı, Premyer Liqamıza döndü – SON DƏQİQƏ

11 Sentyabr 2024 11:00 Araz-Naxçıvan 3 223
"Neftçi"dən sonra ərəblərlə müqavilə bağlamadı, Premyer Liqamıza döndü – SON DƏQİQƏ

"Neftçi"dən ayrıldıqdan sonra 2 ay klubsuz olan Ataa Caber karyerasını Qətərdə davam etdirməyəcək.

"Qətər SC" 29 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəsə də, o, Azərbaycana dönməyi üstün tutub.

Bu gün ölkəmizə qayıdan Fələstin yığmasının üzvü "Araz-Naxçıvan"la müqavilə imzalayıb. Anlaşmanın müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulub.

Ataa Caber 2022-2024-cü illərdə "Neftçi"də çıxış edib. "Fğ-qaralar"ın heyətində meydana çıxdığı 58 rəsmi matçda 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 03:00 Gürcüstana məğlub olduq