Müsahibdən AÇIQ ETİRAF: "Bizdə qəhraman yoxdur"

14 Avqust 2024 22:20 Araz-Naxçıvan 939
Müsahibdən AÇIQ ETİRAF: "Bizdə qəhraman yoxdur"

"Araz Naxçıvan"ın braziliyalı forvardı Ramon Maçado Premyer Liqanın 2-ci turunda "Şamaxı"nı məğlub etdikləri (1:0) matç haqda Sportinfo.az-a müsahibə verib.

- Mövsümdəki ilk qələbə barədə düşüncələrin necədir?

- Bizim hələ inkişaf etdirməli olduğumuz çox şey var. Amma hər bir halda Elmar müəllimin işini davam etdirməsi üçün qələbələr qazanmaq çox vacibdir.

- Yeganə qolun müəllifi olsan da sanki hələ də formada deyilsən. Bu, nə ilə bağlıdır?

- Buna cavab verməyəcəyəm.

- Autsayderlə oyunda daha rahat qələbə qazanacağınızı ehtimal etmək olardı. Rəqib yaxşı mübarizə apardı, yoxsa "Araz" hələ istənilən formada deyil?

- Çox çətin matç oldu, “Samaxi” yaxşı komandadır.

- Kristian Avram iki epizodda komandasını real qoldan xilas etdi. Matçın qəhramanı odur, yoxsa yeganə qolun müəllifi olan sən?

- Bütün komanda uğur qazandı, biz qrup şəklində işləyirik, komandamızda qəhrəman yoxdur.

- Qarşıdan hazırda çox yaxşı formada olan "Zirə" ilə görüş gəlir. Qələbənin ardını gətirmək mümkünsüz görünmür?

- Yaxşı hazırlaşacağıq, amma bilirik ki, “Zirə” favoritdir və dövrünün yaxşı vaxtını keçirir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu