“Kim deyir ki, biz udduq, rəhbərlik mükafat vermədi?”

9 Aprel 20:40 Araz-Naxçıvan 661
“Kim deyir ki, biz udduq, rəhbərlik mükafat vermədi?”

«Meydana çıxırıqsa, əsas məqsəd qələbə qazanmaq olmalıdır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz-Naxçıvan»ın hücumçusu Orxan Əliyev deyib.

Premyer Liqanın geridə qalan həftələrində aktivinə 9 qol yazan forvard klubda maaşların gecikməsi, mükafatların verilməməsi ilə bağlı iddialara münasibət bildirib.

O, “Bəlkə bugünkü “Araz”ın istəksiz görünməsinə əsas səbəb budur“ sualına cavabında bunları söyləyib:

“Bunu kənara qoymalıyıq. Gərək udaq ki, mükafat verilsin.

Kim deyir ki, biz udduq, mükafat verilmədi? Axırıncı oyundan əvvəl də rəhbərlik mükafat söz vermişdi. Amma biz uda bilmədik“.

Digər Xəbərlər
Xəbər Lenti