COP29

“Bəzi yeni transferlər olacaq, danışıqlar yekunlaşıb”

9 İyul 22:40 Araz-Naxçıvan 913
“Bəzi yeni transferlər olacaq, danışıqlar yekunlaşıb”

"Bəzi mövqelərə transferlər olacaq.

Həmin mövqeləri gücləndirəcək futbolçularla danışıqlar, demək olar, yekunlaşıb".

Sportinfo.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis əvəzedici komandaya 3:1 hesabı ilə qalib gəldikləri yoxlama matçı haqqında danışıb:

"Yoxlama oyununu keçirməkdə məqsədimiz komandanın meydanı tam hiss etməsi idi. Son iki gündə daha çox məşq keçmişdik.

İstəyimiz də yükləmə altında komandanı görmək idi. Futbolçulara nə demişdiksə, hansı tapşırıqları vermişdiksə, meydanda bizə qaytardılar.

Komanda hələ tam komplektləşməyib. Ömər Buludov və Miço Kuzmanoviç də xəstəlik səbəbindən bu matçda iştirak etmədilər.

Vaxtımız var, dediyim kimi, qarşıdakı günlərdə heyətə yeni futbolçular qoşulacaq".

Baxşıyev mərkəz müdafiəçisinə, oyun qurucusuna və hücumçuya ehtiyac olduğunu diqqətə çatdırıb:

"Yaxın günlərdə komanda tam komplektləşəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 18:10 Çək və bizə göndər!
22 İyul 11:00 Dama-dama göl olar…