COP29

Premyer Liqa klubu xaricdən məşqçi gətirir – Bir həftəyə həll olunmalıdır

23 İyun 16:30 Araz-Naxçıvan 3 208
Premyer Liqa klubu xaricdən məşqçi gətirir – Bir həftəyə həll olunmalıdır

Mövsüm başa çatan kimi 13 futbolçu ilə yollarını ayıran “Araz-Naxçıvan” iki məşqçi ilə də vidalaşdı.

Elmar Baxşıyevin korpusunda yer alan fiziki hazırlığa cavabdehlik daşıyan Miloş Yevtiç “Qəbələ”yə üz tutdusa, köməkçisi Xaqani Məmmədov müəmmalı şəkildə yoxa çıxdı.

Yaranmış vəziyyət baş məşqçini razı sala bilməz. Odur ki, Baxşıyev klub rəsmilərindən toplanış başlayana qədər fiziki hazırlıq üzrə məşqçinin cəlb olunmasını tələb edib.

Hazırda bu yöndə işlər davam etdirilir. Fiziki hazırlığa nəzarət edəcək şəxs ölkə xaricindən gələcək.

Hazırda namizədlər arasında seçim aparılır. Tərəflərin şərtləri üst-üstə düşsə, yaxın bir həftədə onlardan biri ilə müqavilə bağlanacaq.

Xaqani Məmmədovun gedişi ilə yaranmış boşluq isə avqusta qədər öz həllini tapacaq.

Maraq üçün bildirək ki, hazırda “Araz-Naxçıvan”ın məşqçilər heyətində Elmar Baxşıyev, Rasim Ramaldanov və Ramiz Kərimov yer alıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti