COP29

“Elə oyunlar oldui, bəxtimiz gətirmədi, elə oyunlar oldu, pis oynadıq”

23 İyun 02:00 Araz-Naxçıvan 575
“Elə oyunlar oldui, bəxtimiz gətirmədi, elə oyunlar oldu, pis oynadıq”

“Bu, futboldur, biz də istəyərdik ki, hər oyun yaxşı nəticə göstərək, daha da artıraq”.

Sportinfo.az xəbər verir ki, bu sözlər son mövsümü "Araz-Naxçıvan"da keçirmiş Abdulla Rzayev deyib.

Müqavilə ilə “Sabah”a məxsus olan müdafiəçi Muxtar Respublika təmsilçisinin qeyri-sabit çıxışının səbəbləri ilə bağlı bunları söyləyib:

”Çatışmayan cəhətlərimiz çox idi. Öz üzərimizdə çalışırdıq. Təəssüflər olsun ki, komandada uğurlu seriya qırıldı.

Yenə də ilk ilimiz ümün pis deyil. Məncə, əsas məqsəd Premyer Liqada qalmaq idi. İstəyərdik ki, daha yaxşı nəticələr qazanaq.

Yaxşı nəticələr çox olmasa da, yenə də mövsümü 8-ci yerdə bitirdik. Sözsüz ki, ev oyunlarını Naxçıvanda keçirsəydik, daha yaxşı olardı.

Yenə də azarkeşlər sağ olsunlar, bizi tək qoymurlar. Amma Naxçıvanda atmosfer daha yaxşı olardı və daha yaxşı nəticələr qazanardıq.

Elə oyunlar oldu ki, yaxşı oynadıq, bəxtimiz gətirmədi. Elə oyunlar oldu, pis oynadıq”.

Digər Xəbərlər
Xəbər Lenti