Bombardirdən xəbər var: “Etdikləri təklif məni razı salmadı”

18 İyun 2024 23:45 Araz-Naxçıvan 2 106
Bombardirdən xəbər var: “Etdikləri təklif məni razı salmadı”

Ötən mövsüm “Araz-Naxçıvan”ın heyətində Premyer Liqada 9, Azərbaycan kubokunda 4 qol vurmaqla komandasının ən sərrast futbolçusu adını qazanan Orxan Əliyev yeni macəra axtarışındadır.

Muxtar Respublika təmsilçisindən ayrılan 28 yaşlı hücumçu karyerasını ölkə xaricində davam etdirmək istəyir.

O, əməkdaşlıq etdiyi agentlərə bu barədə məlumat verib, onlardan cavab gözləyir.

Əliyev Sportinfo.az-a açıqlamasında gələcəyi ilə bağlı bunları deyib:

“Azərbaycandan 2-3 klubla şifahi danışığımız oldu. Lakin maliyyə şərtlərində razılığa gələ bilmədik.

Etdikləri təklif məni razı salmadı. Hazırda heç bir klubla danışıq aparmıram.

Məqsədim legioner həyatı yaşamaqdır. Tanıdığım agentlər var, onlardan cavab gözləyirəm.

Yaxşı çempionatların birində oynamaq istəyirəm. Hələ vaxt var, gözləyirəm”.

Azərbaycanın U-17, U-19 və U-21 millilərinin şərəfini qorumuş futbolçu “Araz-Naxçıvan”dan əvvəl “Sumqayıt”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Zirə”, “Qaradağ-Lökbatan”ın şərəfini qoruyub, Gürcüstan “Sioni”sində legioner həyatı yaşayıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!