Bu dəfə Serbiya klubundan təklif aldı – Say 5-ə çatdı

16 İyun 2024 19:00 Araz-Naxçıvan 3 055
Bu dəfə Serbiya klubundan təklif aldı – Say 5-ə çatdı

“Araz-Naxçıvan”la yolları ayrılan Turan Manafovun təklifləri başından aşır.

25 yaşlı müdafiəçi bu dəfə Serbiya klubundan təklif alıb.

Bu ölkənin yüksək liqasında mübarizə aparan “Novi Pazar” Manafova maraq göstərir.

Novi Pazar şəhərinin eyniadlı klubu bu niyyətlə həmyerlimizə təklif göndərib. Turan aldığı təkliflərin arasından ən uyğun variantı seçməyə çalışır.

Son mövsündə “Novi Pazar”ın heyətində Misir, Qvineya, Nigeriya, ABŞ, Portuqaliya, Monteneqro, Qana kimi ölkələrdən legionerlər forma geyinib.

Maraq üçün bildirək ki, “3 nömrə” buna qədər “Kocaelispor”, “Sakaryaspor” (hər iki Türkiyə), “Spartak Trnava” (Slovakiya), “Qurnik Zabje” (Polşa) klublarından dəvət alıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!