“Əvvəldən demişdim ki, mən burada qalmayacam”

9 İyun 2024 22:55 Araz-Naxçıvan 4 303
“Əvvəldən demişdim ki, mən burada qalmayacam”

“Araz-Naxçıvan”dan ayrılan Turan Manafov redaksiyamızla əlaqə saxlayaraq haqqında yazılan xəbərə münasibət bildirib.

Sol cinah müdafiəçisi şəxsən Muxtar Respublika təmsilçisində qalmaq istəmədiyini deyərək bunu konkret faktla əsaslandırıb.

Manafov baş məşqçi Elmar Baxşıyevlə çalışdığı dönəmdə baş məşqçiylə heç bir problem yaşamayıb, heç vaxt gördüyü işə başdansovdu yanaşmayıb.

Öz dilindən eşidək:

“Yazılanlar kiminsə uydurmasıdır. Əvvəla ona görə ki, “Araz-Naxçıvan”da qalmaqda maraqlı deyildim.

Azər Bağırovun istefasından sonra demişdim ki, burada qalmayacam. Bunu klubda çalışanlar yaxşı bilir.

Komandaya Azər Bağırova görə gəlmişdim və qışda başqa klubdan təklif almağıma baxmayaraq Azər müəllimə görə qaldım.

O ki qaldı Elmar Baxşıyevlə münasibətlərimə, aramızda heç bir problem yoxdur. İndiyə qədər şəxsi münasibətimiz olmasa da, futbol adamları olaraq tanışlığımız var idi.

Hətta vaxtilə məni “Qəbələ”də görmək istəyirdi, keçid alınmamışdı. Bu günə qədər aramızda problem olmayıb.

Hər birimiz üzərimizə düşən öhdəlikləri yerinə yetirməyə çalışmışıq.

Fikrim “Araz-Naxçıvan”dan ayrımaq idi və ayrıldım. Bəlkə baş məşqçi həqiqətən də xidmətimdə maraqlı olmayıb.

Amma təklif olsaydı belə, qalmayacaqdım. Çünki qərarımı Azər Bağırov gedəndə vermişdim”.

25 yaşlı futbolçu ötən mövsüm “Araz-Naxçıvan”ın heyətində meydana çıxdığı 36 oyunda 3 qol və 3 assistlə yadda qalıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!