COP29

“Azərbaycan klubundan dəvət almışam, hələ qərarımı verməmişəm, daha yaxşısını seçəcəm”

9 İyun 02:50 Araz-Naxçıvan 5 079
“Azərbaycan klubundan dəvət almışam, hələ qərarımı verməmişəm, daha yaxşısını seçəcəm”

“Hapoel”in futbolçusu Felipe Santosun Azərbaycana qayıdacağı gözlənilir.

Belə ki, braziliyalının “Araz-Naxçıvan”a keçəcəyi ehtimal edilir.

Elmar Baxşıyev vaxtı ilə “Qəbələ”də futbolçusu olmuş Felipe ilə yenidən işləmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, İsrail klubunun üzvü sportal.az-a açıqlamasında bunları deyib:

“Bəli, Azərbaycan klubundan dəvət almışam. “Araz-Naxçıvan” məni istəyir. Mənə bu klubda oynamağı təklif etdilər.

Amma hələ ki, qərarımı verməmişəm. Çünki başqa komandalardan da təkliflər almışam.

Sonda daha yaxşısını seçəcəm. Yaxın günlərdə yəqin ki, qərarımı verəcəm”.

27 yaşlı futbolçu mövsümün əvvəlində “Qəbələ”dən ayrılaraq “Hapoel”ə (Hayfa) keçmişdi.

Onun İsrail klubu ilə müqaviləsi bu ayın 30-da başa çatacaq. O, "Paulista", "Ankaran", "Maribor", "Keşlə"(indiki "Şamaxı") klublarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?