Premyer Liqa klubu Bakıda başlayıb, Qəbələdə davam edib, Türkiyədə yekun vuracaq

7 İyun 2024 19:20 Araz-Naxçıvan 1 306
Premyer Liqa klubu Bakıda başlayıb, Qəbələdə davam edib, Türkiyədə yekun vuracaq

Yeni mövsüm üçün heyətini aktiv şəkildə formalaşdıran "Araz Naxçıvan"ın hazırlıq planı da indidən hazırlanıb.

Kollektiv 25 iyun Bakıda bir araya gələcək.

Məşqlər paytaxtda cəmi 1 həftə davam edəcək.

Ardınca komanda Qəbələyə yola düşəcək.

Planda adıçəkilən bölgədə bir həftə qalmaqdır.

Toplanışın yekun və əsas mərhələsi isə Türkiyədə baş tutacaq.

Muxtar Respublika təmsilçisi qardaş ölkədə iki həftə qalmağı planlaşdırır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti