Premyer Liqa klubu bu dəfə əcnəbi forvardla yolları ayırdı

8 İyun 2024 22:20 Araz-Naxçıvan 2 015
Premyer Liqa klubu bu dəfə əcnəbi forvardla yolları ayırdı

"Araz-Naxçıvan”da yeni mövsüm üçün heyətin komplektləşdirilməsi davam edir.

Bu yolda daha bir futbolçu Muxtar respublika klubunu tərk edib.

Hücumçu Elvis Maşike baş məşqçi Elmar Baxşıyevin planlarına daxil olmayıb.

Bu səbəbdən onunla başa çatan müqavilə uzadılmayıb.

O, arxada qoyduğumuz mövsüm "Araz" forması ilə meydana çıxdığı 31 görüşdə 7 qol, 1 asistlə yadda qalıb.

186 sm boya malik forvard Azərbaycana gələnə kimi "Xamrun Spartan” (Malta) olub.

Buna qədər isə müxtəlif illərdə Çexiya və Slovakiyanın “Jilina”, “Seniça”, “Slovan”, “Viktoriya”, “Visehrad”, “Zvolen”, “Çeçka”, “Loko Vltavin”, “Sered”, “Banik Ruzina” komandalarında çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!