“Açığı, mən ən yaxşı təklifi bu klubdan aldım”

7 İyun 2024 10:40 Araz-Naxçıvan 3 667
“Açığı, mən ən yaxşı təklifi bu klubdan aldım”

"Açığı, başqa təkliflərim var idi".

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın yeni transferi Ürfan Abbasov deyib.

Naxçıvan klubu son mövsümü "Qəbələ"də keçirən Urfan Abbasovla müqavilə imzalayıb.

31 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 1 illikdir.

Azərbaycan millisinin üzvü karyerası ərzində "Qəbələ" ilə yanaşı, "Səbail"in də formasını geyinib.

O, başqa təkliflər almasına, rəğmən seçimini "Araz"ın xeyrinə etməsinə belə aydınlıq gətirib:

“Komandanın baş məşqçisi Elmar Baxşıyevlə birgə işləmişəm. Açığı, ən yaxşı təklifi də bu klubdan aldım.

İki məqam da seçimimdə rol oynadı. Ümid edirəm ki, mənə bəslənən ümidləri doğruladacam. Bunu özüm də çox istəyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi