COP29

Bombardir üçün iki klub HƏRƏKƏTƏ KEÇDİ

5 İyun 20:40 Araz-Naxçıvan 4 314
Bombardir üçün iki klub HƏRƏKƏTƏ KEÇDİ

"Araz Naxçıvan"ın hücumçusu Orxan Əliyev iki Premyer Liqa klubunun maraq dairəsindədir.

Söhbət "Səbail" və "Şamaxı"dan gedir.

Hər iki klub da öz şərtlərini Əliyevin diqqətinə çatdırıb.

Onun hazırkı klubundan aldığı yeni müqavilə təklifinə hələ də cavab verməməsi bununla bağlıdır.

Təcrübəli futbolçu yaxın günlərdə yekun qərarını verəcək.

Orxan arxada qalan mövsüm Premyer Liqada vurduğu 9 qolla "Araz"ın bombardiri olub.

28 yaşlı hücumçu bütün turnirlərdə isə meydana çıxdığı 36 oyunda 13 qol, 4 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?