Patron baş məşqçinin istəmədiyi şəxsləri klubda saxladı

3 İyun 2024 17:40 Araz-Naxçıvan 1 412
Patron baş məşqçinin istəmədiyi şəxsləri klubda saxladı

Dünən xəbər verdiyimiz kimi, “Araz Naxçıvan”ın məşqçilər korpusunda ayrılıq yaşanıb.

Elmar Baxşıyev yardımçılarından ikisi ilə vidalaşıb.

Söhbət Vadar Nuriyev və Rail Məlikovdan gedir.

Hər iki mütəxəssis də sabiq baş məşqçi Azər Bağırovun dönəmindən burada çalışırdı.

Bağırovun gedişindən sonra da adıçəkilən məşqçilər arxada qoyduğumuz mövsümün sonuna kimi işlərinə davam etmişdilər.

Onlar bundan sonra da “Araz Naxçıvan”da qalacaq. Klubun himayədarı Zaur Axundov xidmətlərini nəzərə alaraq, Nuriyevlə Məlikova başqa bir vəzifə verib.

Tanınmış iş adamı sözügedən cütlüyə seleksiya fəaliyyəti ilə məşğul olmağı tapşırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti