Premyer Liqa klubunda növbəti məşqçi AYRILIĞI

2 İyun 2024 22:30 Araz-Naxçıvan 4 353
Premyer Liqa klubunda növbəti məşqçi AYRILIĞI

“Araz Naxçıvan”ın məşqçilər korpusunda ayrılıq yaşanıb.

Elmar Baxşıyevin yardımçılarından ikisi ilə yollar ayrılıb.

Söhbət Vadar Nuriyev və Rail Məlikovdan gedir.

Hər iki mütəxəssis də sabiq baş məşqçi Azər Bağırovun dönəmindən klubda çalışırdı.

Bağırovun gedişindən sonra da adıçəkilən məşqçilər arxada qoyduğumuz mövsümün sonuna kimi işlərinə davam etmişdilər.

Bir neçə gün əvvəl isə fiziki hazırlıq üzrə məşqçi Miloş Yevtiçin də “Araz”dan ayrıldığını məlumat vermişdik.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!