Azərbaycan klubundan ayrıldı, xaricdən dörd təklif aldı

2 İyun 2024 23:20 Araz-Naxçıvan 6 669
Azərbaycan klubundan ayrıldı, xaricdən dörd təklif aldı

“Araz-Naxçıvan”dan ayrılan Turan Manafov karyerasını ölkə xaricində davam etdirə bilər.

25 yaşlı müdafiəçi ilə Çexiya və Polşa klubları yaxından maraqlanır. Məşhur “transfermarkt” saytı Trnava “Spartak”ı ilə Zabje “Qurnik”inin danışıqlara başladığını qeyd edib.

Digər iki təklif isə Türkiyədəndir. Birinci Liqa təmsilçiləri “Sakaryaspor” və “Kocaelispor” Turanla anlaşma əldə etmək üçün hərəkətə başlayıb.

Turan bir neçə variant arasında seçim etdiyindən, yekun qərar verməyə təsləmir. Yaxın bir həftə ərzində karyerasını hansı klubda davam etdirəcəyi məlum olacaq.

Solaxay müdafiəçi başa çatan mövsümdə Naxçıvan təmsilçisinin heyətində meydana çıxdığı 36 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!