Yenidən iddialı olmaq istəyən klubdan daha bir transfer

30 May 2024 16:40 Araz-Naxçıvan 1 101
Yenidən iddialı olmaq istəyən klubdan daha bir transfer

Heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirən “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa təmsilçisi Tərlan Əhmədli ilə 1 illik müqavilə imzalayıb.

Son iki mövsümü “Turan Tovuz”da keçirən 29 yaşlı qolkiper karyerası ərzində “Sumqayıt” və “Qəbələ”nin də formasını geyinib.

“Araz-Naxçıvan” dünən Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovu heyətinə qatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!