Azərbaycan klubu braziliyalı ilə 1+1 illik müqavilə imzaladı

30 May 2024 14:40 Araz-Naxçıvan 3 122
Azərbaycan klubu braziliyalı ilə 1+1 illik müqavilə imzaladı

Yeni mövsümün transfer çalışmalarına tez start verən “Araz-Naxçıvan”də müqavilə günləri davam edir.

Muxtar Respublika təmsilçisi “Qəbələ“dən Ürfan Abbasov və Ülvi İsgəndərovla, həmçinin “Neftçi“dən Ömər Buludovla anlaşıb.

Artıq onların siyahısına İqor Ribeyro da əlavə olunub. Ötən ilin yayında düşərgəyə cəlb edilən braziliyalı ilə 1+1 illik yeni sözləşmə imzlanıb.

26 yaşlı müdafiəçinin son komandası Paraqvay “Takuari”si olub.

Ribeyro daha əvvəl vətənində “Qama”, “Bandeirante” və “Seilandia”da çıxış edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!