COP29

“Qarabağ” layiqli çempion oldu, bizim itirəcəyimiz bir şey yox idi”

30 May 01:00 Araz-Naxçıvan 418
“Qarabağ” layiqli çempion oldu, bizim itirəcəyimiz bir şey yox idi”

"Araz-Naxçıvan"ın müdafiəçisi Abdulla Rzayev Premyer Liqanın sonuncu turunda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri oyun haqda açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, oyun və mövsümün yekunu haqda danışıb:

“Əvvəlcə “Qarabağ”ı təbrik edirəm. Layiqli çempion oldular və ötən mövsüm Avropa Liqasında da ölkəmizi layiqli təmsil etdilər.

Oyun haqda danışsaq, itirəcəyimiz bir şey yox idi. Son oyunlar qələbə qazana bilmirdik.

Çalışırdıq ki, bu oyunda xal qazanaq, mövsümü ən azı 8-ci yerdə bitirək. Mövsümboyu çətin oyunlarımız da oldu, yaxşı oyunlarımız da.

Ən azı xal qazana bildik və kiçik də olsa, azarkeşlərimizi sevindirə bildik.

Azarkeşlərə də ayrıca təşəkkürümü bildirirəm. Bakıda qalmağımıza baxmayaraq, hər zaman oyunlarımıza gəlib dəstəkləyirlər”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!