
Yeni mövsüm öncəsi heyətini gücləndirən “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Ömər Buludovla anlaşıb.
“Neftçi”nin yetirməsi olan cinah müdafiəçisi qarşıdakı 1 il ərzində “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq.
26 yaşlı futbolçu 2017-ci ildən cari mövsümün sonuna qədər “Neftçi”nin heyətində yer alıb.
“Araz-Naxçıvan” bu gün Urfan Abbasov və Ülvü İsgəndərovla müqavilə imzalayıb.