COP29

BÖYÜK İDDİA: "Əgər ev oyunlarını Naxçıvanda keçirsəydik..."

28 May 16:40 Araz-Naxçıvan 626
BÖYÜK İDDİA: "Əgər ev oyunlarını Naxçıvanda keçirsəydik..."

“Araz Naxçıvan” mövsümü bütövlükdə Bakıda keçirməli oldu.

Halbuki çempionatın startına az qalmış Premyer Liqaya buraxılan komandanın qışdan sonra Naxçıvana dönəcəyi ehtimal olunurdu.

Amma Naxçıvan şəhər mərkəzi stadionunda heç bir təmir-tikinti işləri görülməyincə komandanın ev oyunlarını da səfər havasında keçirməsi qaçılmaz idi.

Belədə təbii ki, rəqiblərlə mübarizə aparmaq Muxtar respublika təmsilçisinə iki qat çətinlik törətmiş oldu.

Bunu komandanın kapitanı və hücumçusu Orxan Əliyev Sportinfo.az-a açıqlamasında dilə gətirib:

“Çox istərdim ki, Naxçıvanda oynayaq. Orada ab-hava bir başqa olur.

Küçədə gəzəndə insanların marağını görürsən. Hətta Birinci Liqa olsa belə.

Bunu ötən mövsüm mən canlı yaşamışam. Ən azı 1-2 oyunumuz orda olsaydı yaxşı olardı.

Hər kəs görərdi ki, naxçıvanlılar futbolu necə sevir. Məncə, belədə nəticələrimiz daha yaxşı ola bilərdi”.

"Araz Naxçıvan” ev oyunlarını Bakıda yerləşən “Liv Bona Dea Arena”da keçirir.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"