COP29

"İndi bir tək Zaur Axundov qalıb, "Araz" ona görə Premyer Liqanı tərk etmir"

24 May 14:40 Araz-Naxçıvan 1 139
"İndi bir tək Zaur Axundov qalıb, "Araz" ona görə Premyer Liqanı tərk etmir"

«Araz-Naxçıvan»ın mövsümün ikinci hissəsini belə zəif keçirməsinin səbəbi var».

Bu sözlər «Sportinfo»nun təsisçisi İlkin Vaqifoğluna aiddir.

ATV kanalında efirə gedən «Futbolumuz» verlişinə qonaq olan İ.Vaqifoğlu 9 illik aradan sonra Premyer Liqaya qayıdan Muxtar Respbulika təmsilçisinin qeyri-sabit çıxışının təsadüfi olmadığını bildirib.

O, sezona yaxşı başlayan, liderlər qrupunda qərarlaşan komandanın birdən-birə çöküşə keçməsinin maliyyə məsələləri ilə əlaqədar olduğunu bildirib:

«Araz-Naxçıvan» çempionata bir neçə sponsorla başlamışdı. Naxçıvanlı iş adamları birləşib kuba büdcə ayırırdı.

Tədricən onların əksəriyyəti geri çəkildi. İndi meydanda bir tək Zaur Axundov qalıb.

O da neçə aydır «Araz»ın bütün xərc-borcunu ödəyir. Əlbəttə, istənilən iş adamı üçün təkbaşına bu qədər işi görmək çətindir.

«Araz» hazırda Premyer Liqada çıxışını yarımçıq dayandırmayıbsa, bu, elə Zaur Axundova görədir. Naxcıvanın futbol ictimaiyyəti ona «çox sağ ol» deməlidir».

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"