COP29

FİFA Azərbaycan klubunu SANKSİYA İLƏ HƏDƏLƏDİ!

24 May 13:00 Araz-Naxçıvan 2 767
FİFA Azərbaycan klubunu SANKSİYA İLƏ HƏDƏLƏDİ!

«Araz-Naxçıvan» sanksiya ilə üz-üzə qalıb.

Muxtar Respublika təmsilçisi FİFA tərəfindən cəzalana bilər.

Problem Vanderson Kavalkante Melo ilə əlaqədardır. Braziliyalı dayaq yarımmüdafiəçisi Azərbaycana gəlməmişdən öncə Livan "Rasinq"i ilə müqavilə imzalayıb.

Beyrut təmsilçisi ilə şəxsi kontrakt bağladıqdan sonra ukraynalı menecerin məsləhəti ilə ölkəmizin yolunu tutub. Çünki "Araz" cənubi amerikalı legionerə daha çox əməkhaqqı təklif edib.

Livanlılarla razılaşmanı təktərəfli ləğv edən 30 yaşlı Vanderson Naxcıvan komandası ilə müqavilə imzalayıb. Belədə "Rasinq" FİFA şikayət ünvanlayıb.

FİFA Azərbaycan klubunu SANKSİYA İLƏ HƏDƏLƏDİ!

Ərəblər bundan əvvəl "Araz Naxçıvan"a rəsmi surətdə məktub göndərib, problemin mahiyyəti barədə xəbərdarlıq edib.

FİFA məsələni artıq nəzarətə götürüb və araşdırmaya başlayıb. Beynəlxalq futbol qurumu "Araz"ı gözləyən təhlükə ilə bağlı məlumatlandırıb.

Bildirilib ki, Muxtar Respublika təmsilçisinə 2 "transfer pəncərəsi" müddətində qadağa qoyulacaq, Vanderson isə 6 ay müddətinə futboldan kənarlaşdıracaq.

1.80 sm boya malik futbolçu daha əvvəl Odessa “Çernomorets”inin şərəfini qoruyub.

Vanderson vətənində “Koritiba”, “Fos-du-İquasu”, “Marinqa”, İsveçin “Eskulstuna”, Belarusun “Vitebsk”, Litvanın “Panevejis” klublarında forma geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"