“Mövsümün əvvəli yadınıza gəlir? Sual verirdiniz ki...” – Suala sual

23 May 2024 23:40 Araz-Naxçıvan 850
“Mövsümün əvvəli yadınıza gəlir? Sual verirdiniz ki...” – Suala sual

“Araz-Naxçıvan”ın Bosniya və Herseqovinadan olan yarımmüdafiəçisi Miço Kuzmanoviç Sportinfo.az-ın suallarını cavablandırıb.

- Ardıcıl üçüncü oyunu məğlub başa vurmaqla, turnir cədvəlində 8-ci yeri ələ keçirmək imkanını əldən verdiz. “Qəbələ”yə niyə məğlub olduz?

- “Qəbələ”nin Premyer Liqadan düşməsi heç kimi aldatmasın. Bacarıqlı futbolçulara sahib çox yaxşı komandadır. Sadəcə, işlər istədikləri kimi getmədi. Deməyim odur ki, bugünkü rəqibimiz istədiyi oyunu göstərə bildi, biz isə yox. Sona qədər mübarizə aparmağı bacarmalıyıq. Mövsümün sonudur və belə məqamda hər kəs bacardığının ən yaxşısını etməlidir.

- 8-ci yer uğrunda “Kəpəz”lə mübarizə aparırsınız. Mövsümü 8-ci, yaxud 9-cu yerdə başa vurmağın ciddi önəmi var?

- Mövsümün əvvəli yadınıza gəlir? Sual verirdiniz ki, bu komanda avrokuboklar uğrunda mübarizə apara biləcək gücdədir? Həmin vaxt deyirdim ki, bu barədə mövsümün sonunda danışarıq. İndi isə 8-ci olmaqla bağlı sual verirsiniz. Futbol belədir, sabah nə olacağını heç kim bilmir. Ən yaxşısını bacarmadıqsa, heç olmasa çempionatı 8-ci yerdə bitirək.

- Şəxsi oyunlardakı ümumi hesabda “Kəpəz” öndədir deyə, 8-ci sırada gəncəlilər qərarlaşıb. Sonuncu turda “Qarabağ”la oyunda sürpriz etməlisiniz ki, irəli keçə biləsiniz.

- Sözsüz, “Qarabağ” “1 nömrə”dir. Onlara qarşı oynamağın nə qədər çətin olduğunu hamı bilir. Dediyim kimi, futbolda hər şey mümkündür. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, Premyer Liqanı 8-ci yerdə başa vuraq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!