COP29

"Yaxınlarda nəsə bir yenilik gözlənilir, hər şey ondan asılıdır"

23 May 15:00 Araz-Naxçıvan 557
"Yaxınlarda nəsə bir yenilik gözlənilir, hər şey ondan asılıdır"

"Araz Naxçıvan"ın növbəti mövsümdə ev oyunlarını harada keçirəcəyi hələlik qeyri-müəyyəndir.

Bu barədə Sportinfo.az-a klubdan məlumat verilib.

Muxtar Respublika təmsilçisindən redaksiyamıza bildirilib ki, komandanın Bakıda məskunlaşmağa davam edəcəyi, yoxsa Naxçıvana qayıdacağı qarşıdakı günlərdə dəqiqləşəcək:

"İyunun əvvəlinədək bu suala aydınlıq gələcək. Xəbərlər yayılıb ki, “Liv Bona Dea Arena” ilə yeni müqavilə ilə bağlı danışıqlara başlamışıq.

Bu, doğru məlumat deyil. Naxçıvandan gələcək xəbəri gözləyirik.

Stadionda hələ yenidənqurma işləri başlanmayıb, amma yaxınlarda nəsə bir yenilik gözlənilir. Hər şey ondan asılıdır.

Naxçıvan şəhər stadionunda təmir işlərinin aparılması vaxt apararsa, yəqin ki, yeni mövsümə də Mərdəkanda başlayacağıq. Müqavilə məsələsinə iyunun ilk günlərində nöqtə qoyulacaq”.

Digər Xəbərlər
Xəbər Lenti